» » Azərbaycanlı teleaparıcı zəhərləndi (YENİLƏNİB,FOTO)

Azərbaycanlı teleaparıcı zəhərləndi (YENİLƏNİB,FOTO)

Azərbaycanlı teleaparıcı zəhərləndi (YENİLƏNİB,FOTO)

Zəhərlənən Zaur Nəbioğlu xəstəxanadan evə buraxılıb. Aparıcının yaxınlarının Ucarliyiq.biz-ə verdiyi məlumata görə, hazırda səhhəti yaxşıdır və istirahət edir:
"Günorta özünü pis hiss edib, amma həkimə müraciət etməyib. Lakin gecə saatlarında halı çox pisləşib. Təcili Tibbi Yardım çağırmaq istəməyən teleaparıcı özü 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) gedib. Həkimlərin müayinəsindən sonra zəhərləndiyi təsdiqlənib. Lazımi tibbi yardım göstərildikdən sonra bir neçə saat xəstəxana palatasında qalıb. Səhər evə buraxılıb".
12:12:00
Tanınmış teleaparıcı Zaur Nəbioğlu xəstəxanaya yerləşdiriib. Ucarliyiq.biz-in məlumatına görə, ANS TV-də yayımlanan "A-dan Z-yə" proqramının aparıcısı dünən qatıldığı tədbirdə yediyi yeməkdən zəhərlənib.
Tədbirdən sonra özünü pis hiss edən Zaur təcili tibbi yardım çağırmağa məcbur olub. 1 saylı Bakı Tibb Mərkəzinə yerləşdirilən aparıcıya ilkin tibbi yardım göstərilib. Hazırda aparıcının vəziyyəti qənaətbəxşdir.
Zaur Nəbioğlu xəstəxanada çəkdiyi fotoları sosial şəbəkədə paylaşıb.
"ALLAH hər kəsə kömək olsun. Bir neçə dəfə zəhərləndiyimi düşünmüşəm, demək səhv etmişəm. Əsl zəhərlənmək belə olurmuş... Sizdən uzaq..." - yazaraq, ciddi şəkildə zəhərləndiyini qeyd edib.
Onunla eyni tədbirdə olan Moskvada fəaliyyət göstərən Azərbaycan mədəniyyət studiyasının rəhbəri Samira Zeynalova da zəhərlənib. Samirə xanım Zaurun statusunun altına şərh yazaraq, özünün də zəhərləndiyini, lakin bundan tez xəbər tutduğu üçün vəziyyətinin ağırlaşmadığını bildirib.
Azərbaycanlı teleaparıcı zəhərləndi (YENİLƏNİB,FOTO)

Zaur Nəbioğlunun sosial şəbəkədə paylaşdığı

Mənbə: Ans</span