» » İradə İbrahimova: "Yolun sonuna yaxınlaşıram" (FOTO)

İradə İbrahimova: "Yolun sonuna yaxınlaşıram" (FOTO)

İradə İbrahimova: "Yolun sonuna yaxınlaşıram" (FOTO)

İkinci dəfə ana olmağa hazırlaşan İradə İbrahimova keçirdiyi təlaş və həyacanı hər kəslə bölüşüb. Ucarliyiq.biz-in məlumatına görə, müğənni sosial şəbəkədə onu izləyən xanımlara müraciət edərək onlardan məsləhət istəyib.
İfaçı hamiləliyin son günlərini yaşayır. Həkimlərin dediyi kimi, körpəsini süni sancılarla dünyaya gətirməyə hazırlaşan ifaçı qorxularından danışıb:
“Gördüyünüz kimi oturduğum yerdə yatıram. Çox şükür bir şey qalmadı, yolun sonuna yaxınlaşıram. Övlad üçün hər şey fəda olsun. Xanımlardan məsləhət almaq istəyirəm. Aranızda suni sancı ilə övladını dünyaya gətirən var? Oğlumun kilosu, boy ölçüsü 2 həftə öndə getdiyi üçün həkim uşağı tez, 38-39 həftə arasında suni sancı ilə dünyaya gətirməyimi məsləhət görür. Əlbəttə ki, əgər o vaxta qədər təbii yolla özü gəlməsə. İpək 4 kiloqram 200 qram doğulmuşdu. Gözüm qorxub. Bu da oğlandır, 5 kiloqram olar deyə, qorxuram. Bəziləri suni sancı zərərlidir deyir. Həkim isə heç bir zərəri olmadığını söyləyir. Arada qalmışam. Bir də yeni doğulan uşağa sünnət etdirmək doğrudur? İstəyirəm ki, doğulandan 2 gün sonra sünnət olsun".
İradə İbrahimova 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 2010-cu ildə cütlüyün İpək adında qızları dünyaya gəlib.
İradə İbrahimova: "Yolun sonuna yaxınlaşıram" (FOTO)

İradə İbrahimovanın İnstaqramda paylaşdığı status
İradə İbrahimova: "Yolun sonuna yaxınlaşıram" (FOTO)

İradə İbrahimova hamiləliyin son günlərini yaşayır

Mənbə: Ans</span