» » "Məni,oğullarımı öldürtmək istəyir" - müğənninin keçmiş əri

"Məni,oğullarımı öldürtmək istəyir" - müğənninin keçmiş əri

"Məni,oğullarımı öldürtmək istəyir" - müğənninin keçmiş əri
"Məni,oğullarımı öldürtmək istəyir" - müğənninin keçmiş əri Müğənni Petek Dinçözün keçmiş həyat yoldaşı Can Tanrıyar ifaçının onu öldürtmək istədiyini iddia edir.

Ucarliyiq.biz “Sabah”a istinadən xəbər verir ki, məhkəməyə müraciət edən iş adamı qorunmasını tələb edib. Can Peteyin onu və oğullarını öldürtmək üçün qatil sifariş etdiyini bildirib:

“Petek Dinçözlə 5 il əvvəl boşanmışıq. Ayrıldıqdan sorna Petek “səni urfalı qardaşıma öldürdəcəyəm” deyirdi. Bu hədələr səbəbindən cinayət işi açıldı. Bu il həbsxanadan Hidayət T. adlı şəxsdən məktub gəldi. Məktubda “Məni hamı tanıyır. Bax, müğənni Berkayın başına nələr gəldi” yazılmışdı. Hidayət Berkayı güllə ilə vuran şəxsin özü olduğunu etiraf edirdi. Məktubda məni və iki oğlumu öldürtmək üçün Peteklə anasının Hidayətə 500 min lirə (təxminən 179 min manat) verdiyi yazılırdı. Məktubu məhkəməyə təqdim edərək Peteklə anasından “öldürməyə təşəbbüs” cinayətindən şikayətçi oldum. Amma hələ də özümün və oğullarımın həyatına görə narahatam”.