» » Bülent Ersoy həbs oluna bilər - foto

Bülent Ersoy həbs oluna bilər - foto

Bülent Ersoy həbs oluna bilər - foto
Bülent Ersoy həbs oluna bilər - foto

Müğənni Bülent Ersoya qarşı məhkəmə açılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, yanvarda Türk Hava Yolları ilə Antalya-İstanbul reysində sərnişin olan ifaçı təhlükəsizlik kəmərini bağlamadığı üçün uçuş gecikib.

O, bunu belə izah etmişdi:

"İllər əvvəl Adanada yol qəzası keçirmişəm. Həmin vaxt kəmər qarnımın yarılmasına səbəb oldu. Ondan sonra məndə fobiya yarandı. Bunu izah elədim, fikirləşdikdən sonra dedilər ki, "bağlanması mütləqdir". Mən bir daha bağlamayacağımı bildirdim. Çünki fobiyadan başqa həm də böyrək daşına görə tikişlərim də var. Bunu da başa düşmədilər. Ona görə 15 dəqiqə gecikdilər. Sonra isə əlavə kəmər gətirdilər. Camaat etiraz etdi ki, bu ayrıseçkilikdir. Onları başa saldım, sonra isə cavab vermədən oturdum. Heç kimi narahat etmədim".

Hadisədən sonra isə sərnişinlər şikayət ərizəsi yazıblar. Yanvarın 21-də Bülent Ersoyun ilk məhkəməsi olacaq. Onun 3 aydan 1 ilə qədər həbs olunması tələb olunur.

Bülent Ersoy həbs oluna bilər - foto

Bülent Ersoy həbs oluna bilər - foto