» » Azərbaycanlı fenomenin foto sərgisi (VİDEO)

Azərbaycanlı fenomenin foto sərgisi (VİDEO)

Azərbaycanlı fenomenin foto sərgisi (VİDEO)

İnsanların əziyyəti yerdə qalmır nə vaxtsa, cəmiyyətin xeyrinə atılan hansısa, addım mütləq öz qiymətini alır. Elə azərbaycanlı fenomen Nuridə Qurbanova da bu dəfə də diqqətdən kənardan qalmayıb.
Onun Bakıda keçirilən ölkəmizin mədəniyyət nümunələrini əks etdirən foto-sərgisinə kifayət qədər yerli sakin və qonaqlar gəlib. Sərgidə dövlət rəsmiləri, millət vəkilləri və bir sıra iş adamları iştirak edib. Tanınmış müğənni və sənət adamları tədbirə öz ifaları ilə rəng qatıb.
Foto-sərgidə iştirak edən qonaqlar həm də muğam dinləməklədən zövq alıb.
Rusiyadan gələn qonaqlar da fenomen Nuridə Qurbanavonaya hədiyyə gətirib. Onlar bu işgüzar xanımı diplomla da mükafatlandırmağı unutmadılar.
Daha sonra “Alovun qəlbi” adlı sərginin açılışını elə Nuridə Qurbanova özü etdi. Nümayiş etdirlən fotolar millət vəkillərinin də marağına səbəb oldu.
Nuridə xanım bu tip sərgilərin gələcəkdə də keçirləcəyini bildirdi:
“Film və kitabımın təqdimatı olacaq. Filmin təqdimatı Moskvada keçiriləcək, dünya film festivalda nümayiş ediləcək. Çəkdiyim filmlə bağlı Azərbaycanda da film festivalı təşkil edəcəm. Bu istiqamətdə uğurlarımı davam etdirirəm, öz üzərimdə çalışıram”.
Daha sonra sərgidə nümayiş etdirlən portert şəkillər auksiyona çıxarıldı.
Auksionda alınan şəkilləridən əldə olunan pullar xeyriyə məqsədilə istifadə ediləcək.

Mənbə: Ans</span