» » Ardadan nümunəvi davranış

Ardadan nümunəvi davranış

Ardadan nümunəvi davranış
Ardadan nümunəvi davranış Futbolçu Arda Turan formasını geyindiyi “Barselona” klubunun ənənəvi olaraq təşkil etdiyi xəstəxana ziyarətinə qatılıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer qadağası səbəbindən klubun oyunlarında iştirakı gecikən Arda yanvarın 6-da “Barselona”-“İspaniya” matçında oynamağın həyəcanını yaşayır. O, “Barselona”nın ənənəvi xəstəxana ziyarəti əsnasında xəstə uşaqları sevindirib. Sosial şəbəkədə fotolar paylaşan A.Turan “Ənənəvi xəstəxana ziyarəti. Futbol sadəcə yaxşı oynamaq demək deyil, həm də yaxşı insan olmaq deməkdir” sözlərini yazıb.

Arda ziyarəti zamanı uşaqların yanına əliboş getməyib. O, körpələri hədiyyələrlə sevindirib.

Ardadan nümunəvi davranış