» » Alişan soyuldu - dollarları, manatları oğurlandı

Alişan soyuldu - dollarları, manatları oğurlandı

Alişan soyuldu - dollarları, manatları oğurlandı
Alişan soyuldu - dollarları, manatları oğurlandı Müğənni Alişan model-aparıcı Çağla Şikelin ad günündən çıxarkən soyulub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, portmaneti oğurlanan ifaçı yalnız evə qayıtdıqdan sonra bundan xəbər tutub.

Plastik kartları və şəxsiyyət vəsiqəsi itən Alişanın pul kisəsində 400 dollar, 50 Azərbaycan manatı və 20 pound olub.

Polisə müraciət edən sənətçi bu barədə qəzet elanı da verdirib. Bir gün sonra isə mağaza sahiblərindən biri Alişanın içərisində şəxsiyyət vəsiqəsi olan portmanetini taparaq özünə təhvil verib. Müğənninin pulları isə pul kisəsində olmayıb.

Vəziyyətlə bağlı Alişan “Pul oğrulayana halal olsun. Heç olmasa, şəxsiyyət vəsiqəsini və kartları qaytara bildik” deyib.