» » Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Hollivud ulduzu, dünyanın gözəl xanımlarından sayılan Ancelina Colinin yeni oxşarı peydə olub. Ucarliyiq.biz-in məlumatına görə, bu Şotlandiya sakini 24 yaşlıi Çelsi Marrdır. O tez-tez şəxsi İnstaqram səhifəsinə şəkillərini yerləşdirir.
Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Çelsi Marr Ancelina Colinin oxşarı
Onun Ancelina Colinin oxşarı olduğunu bilməyənlər isə şəkillərin altında maraqlı şərhlər yazıb "layk" edirlər. Bəzilərinə isə Colinin oxşarı Ancelinadan da gözəl görünür. Çelsi Marr “Mirror” nəşri tərəfindən Coliyə ən çox oxşayan xanım adını alıb. Dünyanın bir çox nəşriyyatları Çelsidən müsahibə alır. Ən çox verilən sual isə bu olur:
"Dünyanın ən gözəl və cazibədar xanımına bənzəmək sizin üçün necədir?”. Çelsi Marın isə cavabı adətən belə olur: "Mən sadəcə ofisdə çalışan adı qızam. Boş vaxtlarımı isə dostlarımla keçirirəm".
Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Çelsi Marr
Ancelinanın digər oxşarı isə Rusiyada yaşayır. Bu Assol Vasilyevadır. Qızın dediyinə görə isə məşhur aktrisaya yox, yalnız anasına bənzəyir.
Məşhur aktrisanın daha bir oxşarı tapıldı (FOTO)

Ancelinanın Rusiyadakı oxşarı

Mənbə: Ans</span