» » Keyt Midlton haqqında gözlənilməz iddia

Keyt Midlton haqqında gözlənilməz iddia

Keyt Midlton haqqında gözlənilməz iddia
Keyt Midlton haqqında gözlənilməz iddia İngilis kral ailəsinin məşhur üzvləri Keyt Midltonla Şahzadə Uilyam haqqında yeni bir iddia ortaya atılıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yayımlanan maqazin jurnallarında tanınmış cütlüyün üçüncü dəfə valideyn olacağı yazılıb. İddialara görə, Keytlə Uilyam bu xoş xəbəri Yeni il tətili zamanı ailə üzvləri ilə bölüşüblər.

33 yaşlı Keytin yaşı çoxalmamış yenidən uşaq sahibi olmaq istədiyi deyilir. İngilis mətbuatı isə ABŞ mətbuatının əksinə olaraq, “hamiləlik” xəbərlərinin yanlış olduğunu irəli sürür. İddialar təsdiqini taparsa, K.Midlton yayda ana olacaq.

Qeyd edək ki, Keytlə Uilyamın 2013 və 2015 təvəllüdlü biri oğlan, digəri qız olmaqla iki övladı var.