» » Əməkdar artistin 24 yaşlı qızına İstanbulda iş verildi (FOTO)

Əməkdar artistin 24 yaşlı qızına İstanbulda iş verildi (FOTO)

Əməkdar artistin 24 yaşlı qızına İstanbulda iş verildi (FOTO)

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə məskunlaşıb. Ucarliyiq.biz-in məlumatına görə, 24 yaşlı Aynişan artıq magistr təhsili aldığı Baxçaşəhər Universitetində çalışır. Aynişan artıq universitetin əməkdaşı kimi ilk maaşını da alıb.
İlk maaşına anası Aybəniz xanımın ad gününə özəl hədiyyə alıb. Qızının hədiyyəsindən duyğulanan keçirdiyi hissləri belə ifadə etdi: "Balam ilk maaşına mənə bu əvəzsiz sürprizi edib. Sabaha yaxın bu medalyon boynuma taxılıb. Ömrünün sonuna qədər də belə qalacaq. Hələ bu illər ərzində bu qədər məni duyğulandıracaq, kövrəldəcək, uşaq kimi sevindirəcək doğum günüm hədiyyəsi olmamışdı. Onu balam hədiyyə etdi. Hələ demişdim ki, Ayni, ilk maaşına özünə əbədi qalacaq bir hədiyyə al. Gəlib mənə alıb. Söz tapa bilmirəm. Çox həyacanlandım. Allahdan bir arzum var qızım; sənə özün kimi bir övlad bəxşiş etsin. Sən ki, bu qədər valideyninə hörmət qoyursan, Allah səni xoşbəxt etsin. Bütün arzularına çatasan və mən də həmişə baxıb fəxr edim".
Əməkdar artistin 24 yaşlı qızına İstanbulda iş verildi (FOTO)

Aynişan Quliyeva çalışdığı Böyükşəhər Universitetində
Aynişan Quliyeva bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Atası Xalid Quliyev 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olan Aynişan anası Aybəniz Haşımovanın rəhbərliyi altında "Bülbüllər" musiqi kollektivində solist çalışıb, Azərbaycanı beynalxalq müsabiqələrdə təmsil edib.
2010-cu ildə "Eurovision" Mahnı Müsabiqəsinin milli seçim turlarına qoşulan Aynişan sonradan iştirakdan imtina edir. Buna baxmayaraq 2011-ci ildə Aynişan Quliyeva yenidən müsabiqənin milli seçim turlarına qoşulur və 5-ci qrupda 25 min səslə birinci yeri tutur. İkinci yarımfinalda 9 iştirakçı arasında Aynişan Quliyeva Eldar Qasımov, Nigar Camal, İlqarə İbrahimova və İlhamə Qasımova ilə birlikdə finala keçir. Lakin yalnız finalda məğlub olur.
Bundan sonra Aynişan Quliyeva Adil Baxışlı ilə birlikdə duet yazdırır. 2011-ci ilin iyul ayında isə Azərbaycanı Belarusiyanın Vitebsk şəhərində keçirilən "Slavyanski Bazar" yarışmasında təmsil edib. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu festivalda ölkəsinə mükafatla qayıdan 9 nəfərdən biri olub. "Bell Telecom"da 60 min nəfərin səsverməsi nəticəsində "Simpatiya" nominasiyasını alıb.
Əməkdar artistin 24 yaşlı qızına İstanbulda iş verildi (FOTO)

Aynişanın anasına aldığı hədiyyə

Mənbə: Ans</span