» » Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər

Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər

Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər
Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər Türkiyənin tanınmış həkimi Öndər Saraç aparıcı Özlem Yıldızı məhkəməyə verib.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, E.Saraçın sağlam arıqlamaq üçün hazırladığı “sarımsaq çayı” reseptini internetdə artıq çəkilərdən xilas olmaqdan ötrü dərman satan firmalardan biri istifadə edib.

Firma dərmanlarının reklamı üçün isə aparıcı Özlem Yıldızla razılığa gəlib. Aparıcı yayımlanan reklamda Ender Saraçın yanına getdiyini və onun çayı ilə ideal bədən quruluşuna sahib olduğunu deyib. Deyilənlər isə həqiqəti əks etdirmədiyindən E.Saraç Özlemə 70 min lirəlik (təxminən 36 min manat) təzminat davası açıb.

Aparıcı isə özünü “Əlimə mətn verdilər, mən də oxudum. Əsla pis niyyətim olmayıb” deyə özünü müdafiə edib.

E.Saraç cavabında “Karyeram boyunca ilk dəfə kimisə məhkəməyə vermişəm. Kiminsə insanların səhhəti ilə oynamasına icazə vermərəm” söyləyib.