» » "Bəyaz şou"ya qarşı cinayət işi açıldı: "terror təbliğatı..."

"Bəyaz şou"ya qarşı cinayət işi açıldı: "terror təbliğatı..."

"Bəyaz şou"ya qarşı cinayət işi açıldı: "terror təbliğatı..."
"Bəyaz şou"ya qarşı cinayət işi açıldı: "terror təbliğatı...".

Cümə günü "Bəyaz Şou"nun canlı efirinə telefon zəngi edən, Ayşe Çelik adlı müəllimə olduğunu iddia edən bir qadının dedikləri ölkənin gündəmini dəyişib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, qadın efirdə ölkənin şərqində təhlükəsizlik xidməti tərəfindən anaların və uşaqların öldürüldüyünü deyib. O, televiziya göstərilənlərin yalan olduğunu iddia edib. "Sülh və barış" mesajları səsləndirən qadının dediklərini aparıcı Bəyazit Öztürk və tamaşaçıların bir qismi alqışlayıb.

Lakin daha sonr abunun bir təxribat olduğu məlum olub. Belə ki, Diyarbəkirdə o adda müəllimə olmadığı ortaya çıxıb. İşə prokurorluq qarışaraq verilişdə baş verənlər haqda araşdırma başlatdırıb. Naməlum qadına qarşı "terror təşkilatını təbliğ etmək" maddəsiylə iş açılıb.

Eyni zamanda canlı yayımda bu fikirlərin səsləndirilməsinə imkan yaratdığı üçün Bəyazitə qarşı da cinayət işi başladılıb. Aparıcı Kanal D-nin xəbər proqramında efirə çıxaraq baş verənlərə görə xalqdan üzr istəyib. O, həmin anda qadının sözlərindən çox pis olduğu üçün onun əsl məqsədinin nə olduğunu başa düşmədiyini iddia edib. B.Öztürk 20 ildir apardığı verilişdə siyasətə qarışmadığını, ondan vasitə kimi istifadə edilməsini qəbul etmədiyini deyib. Kanal D də açıqlama yayaraq bunun telekanala qarşı bir təxribat olduğunu vurğulayıb.

Sosial mediada isə insanlar iki cəbhəyə bölünüb. Bir qisim insanlar qadının kimliyini bəlli etməməkdə azad olduğunu, onun dediklərinin həqiqət olduğunu yazıblar. Digər qisim isə "Ayşe Çelik"in PKK-nı müdafiə etdiyini iddia edib.