» » Məşhur müğənni seriala çəkilir

Məşhur müğənni seriala çəkilir

Məşhur müğənni seriala çəkilir

Məşhur amerikalı müğənni Ledi Qaqa seriala çəkilir. Ucarliyiq.biz-in məlumatına görə, "American Horror Story" ("Amerika Dəhşət Hekayəsi") serialının yaradıcı qrupu 5-ci mövsüm üçün qəhrəmanlarını təqdim edib. Bunlar arasında Ledi Qaqa ilk dəfə rol alır. Müğənni serialda kübar cəmiyyətin nümayəndəsi, eyni zamanda otel sahibi rolundadır. Hadisələr də elə bu oteldə cərəyan edir.
Serialda Ledi Qaqa təhlükəli qrafinya obrazındadır. Bu təhlükəli xanım törətdiyi qətilləri əlindəki metal əlcəklə həyata keçirir. İfaçının dediyinə görə, onun qəhrəmanı bir çox sınaqlardan keçib. Buna baxmayaraq o çox güclü qadındır.
Ekran əsərində məşhur model və aktrisa Naomi Kembl aktrisa Anjela Basset, Sara Polson və digərləri çəkilib.
Məşhur müğənni seriala çəkilir

Naomi Kembl
Məşhur müğənni seriala çəkilir

Anjela Basset
Məşhur müğənni seriala çəkilir

Sara Polson
İyul ayında ekran əsərinin rejissoru Rayyan Mörfideyib ki, Ledi Qaqa serialda çəkilmək üçün özü müraciət edib. Bundan əlavə o qəti surətdə mənfi obrazı canlandırmaq istəyini bildirib. Serialda müğənni yalnız aktrisa kimi çəkiləcək. Serialın mövsümü premyerası bu ilin oktyabr ayında baş tutacaq.
Məşhur müğənni seriala çəkilir

Serialın rejissoru Rayan Mörfi
Serialın birinci mövsümü isə hələ 2011-ci ilin oktyabrın 5-də təqdim olunub. Serialın hər buraxılışında maraqlı hekayələrdən söhbət açılır. Buna baxmayaraq aktyor heyəti hələ də dəyişməz olaraq qalır. Nəticədə isə tamaşaçılar eyni aktyorları müxtəlif obrazlarda və şəraitlərdə görür. Bu layıhə dəfələrlə “Emmi” və “Qızıl qlobus” o cümlədən ən yaxşı serial nominasiyalarına layiq görülüb.
İyul ayında Ledi Qaqa Bakıda keçirilən Birinci Avropa oyunlarının açılışında müğənni kimi iştrak edib. Ledi Qaqa 29 yaşındadır. O hər zaman ifası geyimi və səhnədə davranışı ilə digərlərindən seçilir.

Ledi Qaqa Bakıda 1-ci Avropa Oyunları zamanı

Mənbə: Ans</span