» » Elza Seyidcahan: "Hafiz Hacıyevə təşəkkür edirəm, amma..." (AÇIQLAMA)

Elza Seyidcahan: "Hafiz Hacıyevə təşəkkür edirəm, amma..." (AÇIQLAMA)

Elza Seyidcahan: "Hafiz Hacıyevə təşəkkür edirəm, amma..." (AÇIQLAMA)

Qızının toyundan sonra deputat olmaq istəyi gündəmi ələ alan Elza Seyidcahan fikrində qərarlıdır. Əməkdar artist Ucarliyiq.biz-ə açıqlamasında, sənətə gəldiyi gündən millət üçün çalışdığını söylədi:
"İndiyə qədər hər zaman vətənpərvər musiqilər yazmışam, beynəlxalq müsabiqələrdən mükafatlarla qayıtmışam. Qeyri-adi layihələrimlə seçilmişəm. Heç vaxt sıradan iş görməmişəm. Layihələrimin çoxu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə baş tutub. Heyvanlar üçün verdiyim konsertim, "Uğura doğru", "Elzanın yaşıl dünyası", "Elza və yeddilər", "Dəmir qızılgül" və reallaşdırdığım digər layihələrim maarifləndirici və tərbiyələndirici olub. Boşuna iş görməmişəm. Sənətə gəldiyim gündən millətim üçün, vətənim üçün çalışmışam. Bir vətənpərvər xanım kimi millət vəkili olaraq millətim üçün işləmək istəyirəm. Cavanam, enerjim var, niyə də yox"?!
Elza xanım hədsiz dərəcədə vətənpərvər olduğundan Azərbaycandan köçmədiyini deyir: "Bəzən insanlar mənə deyirlər ki, sən çox istedadlısan, burada səni anlamırlar, qədrini bilmirlər, köç get Azərbaycandan. Deyirəm, yox, heç vaxt bunu etmərəm! Mən istedadımı, biliyimi öz xalqıma sərf etmək istəyirəm. Məni Elza Seyidcahan edən xalqımın sevgisidir, mən bu vətənimi qoyub heç yana gedə bilmərəm".
"Sizə bir sirr açacam, əslində deputat olmaq fikrini siz jurnalistlər mənim ağlıma saldız. Keçən ilədək ağlıma gəlməmişdi. Keçən il jurnalistlər özlərindən götürüb yazdılar ki, Elza Seyidcahan deputat olmaq istəyir və məni bəzi millət vəkilləri ilə, ziyalılarla üz - üzə qoydular. Çoxları məni deputat kimi görmək istəməsələr də, məni sevənlər əksini dedi. Ondan sonra özümə söz verdim ki, növbəti parlament seçkilərində namizədliyimi irəli sürəcəm" - deyən sənətçi, jurnalistlərin yazılarından sonra deputat olmaq fikrinə düşdüyünü etiraf etdi.
Elza Seyidcahan namizədliyini YAP-dan irəli sürəcəyini deyir: "Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvüyəm. Partiyanın mədəni tədbirlərində əlimdən gələni edirəm. Namizədliyini YAP-ın üzvü kimi verəcəm. Mənə bu partiyadan səs verin. Düzdür, Hafiz Hacıyev açıqlama verib ki, Elza Seyidcahan namizədliyini bizim partiyadan versə, ona dəstək olacam. Hafiz müəllimə öz təşəkkürümü bildirirəm, çox sağ olsun, amma mən YAP-çıyam və parlamentdə üzvü olduğum partiyanı təmsil etmək istəyirəm!"
Elza Seyidcahan: "Hafiz Hacıyevə təşəkkür edirəm, amma..." (AÇIQLAMA)

Elza Seyidcahan - əməkdar artist

Mənbə: Ans</span