» » İki milyonçu ailənin körpə sevinci

İki milyonçu ailənin körpə sevinci

İki milyonçu ailənin körpə sevinci
İki milyonçu ailənin körpə sevinci “Hilton” otellər şəbəkəsinin varisi Niki Hiltonla milyonçu “Rotşild”lər nəslindən olan Ceyms Rotşildin körpəsi dünyaya gələcək.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbə “People” jurnalına danışıb:

“Niki ana olacağı üçün çox xoşbəxtdir. O, özünü yaxşı hiss edir. Onlar bu xəbəri hələ ki, yaxınlarına və doğmalarına veriblər. Niki ilə Ceyms xoşbəxtlikdən göyün yeddinci qatındadırlar”.

Qeyd edək ki, Konrad Hiltonun nəticəsi olan Niki ilə Ceyms İtaliyada nikah mərasimlərinin birində tanış olublar. Onlar ötən ilin iyulunda ailə qurublar. Niki 2004-cü ildə iş adamı Todd Meysterlə ailəli olsa da, bu nikah cəmi 3 ay çəkib.

Xatırladaq ki, Niki Hilton məşhur müğənni-dizayner Peris Hiltonun bacısıdır.