» » Keçmiş sevgilisinə qayıtdı

Keçmiş sevgilisinə qayıtdı

Keçmiş sevgilisinə qayıtdı
Keçmiş sevgilisinə qayıtdı Böyük Britaniya şahzadəsi Uilyamın baldızı, Kembric hersoginyası Keyt Midltonun bacısı Pippa Midlton keçmiş tanışı Ceyms Metyuzla eşqə başlayıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2012-ci ildə münasibətə başlasa da, bir müddət sonra ayrılmışdı. Pippa ilə Ceyms bu il yenidən bir-birlərinə şans vermək qərarına gəliblər. Cütlük hətta Karib dənizi sahillərinə tətilə gedərək, Yeni ili orada qarşılayıb.

Qeyd edək ki, Ceyms Metyuzun valideynləri “Eden Rock Hotel” otellər şəbəkəsinin sahibidir.

Xatırladaq ki, Pippa Midlton oktyabrda sevgilisi Niko Ceksondan ayrılıb.