» » Xəyanət 6 illik ailəni dağıtdı

Xəyanət 6 illik ailəni dağıtdı

Xəyanət 6 illik ailəni dağıtdı
Xəyanət 6 illik ailəni dağıtdı

Futbolçu Caner Erkin 6 illik həyat yoldaşı Asenadan boşanır.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fənərbaxça"lı ulduz dünən məhkəməyə verdiyi ərizədə yola getmədiklərini, həyatlarının dözülməz hala gəldiyini və evlilik birliyinin kökündən sarsıldığını ifadə edib.

Qarşılıqlı razılıqla boşanmağa qərar verən cütlük bir-birlərindən hər hansı təzminat və digər bir şey tələb etməyəcəyinə, evlənmədən öncə alınan malların tərəflərdə qalmasına qərar verib. Oğulları Çinar anasında qalacaq. Futbolçu uşağıyla bəlli günlərdə görüşəcək. Asena isə qızlıq soyadına qayıdacaq.

Qeyd edək ki, onların evliliyindəki ilk problem Asenanın müğənni Berkayla görüşməsi ilə başlamışdı. Onlar arasındakı gizli münasibət medianın gündəmini zəbt etmişdi. Bu yaxınlarda isə Berkayın avtomobilinin atəşə tutulması yenidən bu xəyanəti yada salıb. Son olaraq Asenanın iş adamı Mehmet Dinçerlerlə münasibəti haqda dedi-qodular Canerlə münasibətə nöqtə qoyub. Bu hadisədən sonra cütlük birgə görünməyib.