» » Azərbaycan filmi Hollivudda (VİDEO)

Azərbaycan filmi Hollivudda (VİDEO)

Azərbaycan filmi Hollivudda (VİDEO)

Azərbaycan filmi “Arşın Mal Alan” Hollivudda nümayiş olunacaq. Ucarliyiq.biz-in məlumatına görə, kino sənətimizin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş filmin nümayişi sentyabrın 19-da baş tutacaq.
Bu, "Arşın Mal Alan" filminin Hollivudda ilk premyerası olacaq. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata əsasən, film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş "Ricardo Montalban" kinoteatrında təqdim ediləcək.
Nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək.
Filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən reallaşır.
Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, "Arşın Mal Alan" filminin isə 70 illiyinə həsr olunur.
Filmin nümayişi ilə bağlı Los Ancelesdəki Baş Konsulluğu (Consulate General of Azerbaijan in Los Angeles) tərəfindən qısa video-çarx da hazırlanıb:

Mənbə: Ans</span