» » İlk dəfə sevgili olduqlarını etiraf etdilər - (FOTO)

İlk dəfə sevgili olduqlarını etiraf etdilər - (FOTO)

İlk dəfə sevgili olduqlarını etiraf etdilər - (FOTO)
İlk dəfə sevgili olduqlarını etiraf etdilər - fotolar

Aktyor və müğənni Oğuzhan Koç uzun zamandır birgə olduğu deyilən aktrisa Yağmur Tanrısevsinlə ilk dəfə ictimaiyyət arasına birgə çıxıblar.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Emre Kınayın "Nihayet bitti" tamaşaasının qala-gecəsinə qatılan cütlük artıq münasibətlərini gizlətməyiblər.

Qeyd edək ki, cütlük "Bana baba dedi" serialında tanış olmuşdular. Layihə dayandırılsa da, onların münasibəti davam edir. Bir neçə gün əvvəl Oğuzhan və Yağmur dostları İbrahim Büyükak üçün elçiliyə getdikləri yerdə çəkilən fotoda da yanaşı durmuşdular.

Xatırladaq ki, Oğuzhan 8 ildir bir yerdə olduğu sevgilisi Zeynep Koçakdan da Y.Tanrısevsinə görə ayrılıb.

İlk dəfə sevgili olduqlarını etiraf etdilər - (FOTO)

İlk dəfə sevgili olduqlarını etiraf etdilər - (FOTO)