» » Məryəm və Muradın serialının çəkilişi dayandı

Məryəm və Muradın serialının çəkilişi dayandı

Məryəm və Muradın serialının çəkilişi dayandı
Məryəm və Muradın serialının çəkilişi dayandı

Star TV-də yeni başlayan "Gecenin kraliçesi" serialında Məryəm Üzerlinin adının çox çəkilməsi digər aktyorların etirazına səbəb olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Məryəmin tərəf müqabili Murat Yıldırım artıq bu qədər şişirdilmiş reklama dözə bilməyərək fikrini səsləndirib:

"İllərdir bu sahədəyəm, belə bir şey görmədim. İçində olduğum bütün layihələr uğur qazandı. Amma sanki serialı ancaq Məryəm çiynində daşıyacaqmış. İşləmək istəmirəm".

Serialdakı digər aktyor Uğur Polat da Murata dəstək olaraq çəkilişlərə qatılmaqdan imtina edib. Çəkiliş heyəti həmin günkü işləri təxirə salıb. Prodüser isə qəzəbli aktyorlara zəng vuraraq onlarla dil tapıb. Ertəsi gün çəkiliş qaldığı yerdən davam edib.