» » "Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."

"Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."

"Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."
"Bəyaz şou"da qalmaqal yaradan qadın danışdı: "Yalandır..."

"Bəyaz Şou"ya canlı efirdə zəng edərək Türkiyənin şərqində baş verənlər haqda danışan Ayşe Çelik adlı qadın ifadə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, dediklərindən sonra haqqında "terror təşkilatını təbliğ etmək" adıyla cinayət işi açılan qadın yazılanlara və deyilənlərə münasibətini bildirib:

"Terror təşkilatının fəaliyyətinə haqq qazandırmaq kimi bir niyyətim yox idi. Terror təbliğatı da etmirdim. İşləməsəm də, peşəm müəllimlikdir. Danışdıqlarımın başqa məcraya yönəldildiyini düşünürəm... Dediklərim öz iradəm daxilində baş verib. PKK-ın etdiyi heç bir terroru dəstəkləmirəm. Bunları canlı yayımda deyə bilmədim. Baş verən hadisələr məni də qurbana çevirib. Haqqımda səslənən heç bir iddianı qəbul etmirəm, yalandır".

Qeyd edək ki, A.Çelik yanvarın 8-də Bəyazit Öztürkün aparıcılıq etdiyi proqrama zəng vurmuş və terrorçularla mübarizə haqda fikirlərini səsləndirmişdi. Onun fikirlərinə görə həm verilişə, həm də özünə cinayət işi açılıb.