» » Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni ərə gedir - foto
Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni Mayli Sayrus keçmiş nişanlısı aktyor Liam Hemsvortla barışdıqdan sonra onunla ailə qurmağa hazırlaşır.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bu xəbər onun fanatlarını təəccübləndirib. Hər zaman qeyri-adi geyimləri və davranışı ilə fərqlənən ifaçı Liamla 17 yaşında çəkildiyi film zamanı tanış olmudşu. O vaxtdan etibarən sevgili olan cütlük 4 il münasibət saxlayıblar.

Lakin hər iki tərəf karyeralarını ailə üçün təxirə salmaq istəmədikləri üçün 2013-cü ildə ayrıldıqlarını elan ediblər. Ondan sonra Mayli aktyor Arnold Şvarsneqqerin oğlu Patriklə qısamüddətli, qalmaqallı sevgi münasibəti yaşadı. L.Hemsvort isə həmin dövrdə müxtəlif dedi-qodularla gündəmə gəlirdi.

Bu yaxınlarda Avstraliyada keçirilən musiqi festivalında cütlük yenidən bir araya gəlib. Deyilənlərə görə, Mayli ilə Liam gecə boyunca bir-birlərini öpüşlərə qərq edərkən görünmüşdülər.

Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni ərə gedir - foto

Qalmaqallı müğənni ərə gedir - foto