» » Aktrisaya ağır ittiham: "Atasından utanırdı, onunla maraqlanmırdı"

Aktrisaya ağır ittiham: "Atasından utanırdı, onunla maraqlanmırdı"

Aktrisaya ağır ittiham: "Atasından utanırdı, onunla maraqlanmırdı"
Aktrisaya ağır ittiham: "Atasından utanırdı, onunla maraqlanmırdı" Hazırda "Kara Sevda" serialında çəkilən Neslihan Atagülə qarşı ağır ittihamlar səsləndirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl atasını itirən aktrisanın valideyni ilə heç maraqlanmaması barədə xəbərlər yayılıb.

Neslihanın atası Yaşar Şener Atagülün yaxın dostu olduğunu deyən bir adam sənətçinin atasının evdə huşsuz halda tapıldığını, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığını danışıb. O, böyrək çatışmazlığından əziyyət çəkən Yaşarın övladlarının ataları ilə heç maraqlanmadıqlarını vurğulayıb. Həyat yoldaşından ayrı olan Atagülün daha iki oğlu varmış:

"Yaşar bəyi təcili xəstəxanaya apardıqdan sonra anasını, övladlarını axtardıq. Qızı Neslihan nişanlısı Kadir Doğulu ilə gəldi. Lakin övladlarının Yaşara qarşı laqeyd davranışı bizi əsəbiləşdirdi. Bu vicdansızlıqdır. Atasının avtobus sürücüsü olmasından utanırdı. Neslihanın bu hərəkəti Yaşar bəyi ömrünün son gününə kimi incitdi. Oğlu da onun adına kredit götürüb ödəmədi. Həm borclu, həm də gözüaçıq getdi bu dünyadan. Biz dostlar arasına pul yığıb onun borclarını bağlayacağıq".

N.Atagülün meneceri isə deyilənləri rədd edib. Ardından aktrisa atasının dəfn mərasiminə qatılıb. O, əsəbi davranışları və çox ağlaması ilə diqqət çəkib. Dəfn mərasimində iştirak edən qonşularla qohumlar arasında mübahisə düşüb. Qonşular "bu qədər sevəni vardısa, niyə o, xəstə olanda heç kim yox idi?" deyiblər. Hələ ki aktrisa səslənən ittihamlar barədə danışmayıb.