» » Göz yaşım nəm edərdi rəsmini

Göz yaşım nəm edərdi rəsmini

Göz yaşım nəm edərdi rəsmini


Hər gün eyni yerdə gözləyirdim onu.. Gələcək deyə, gəlməsə belə bir yerlərdən gün batımını mütləq izləyəcəyini bilirdim. Mən düşərdim yadına o zaman.. Ya da, mən elə düşünərdim.. Günəşin kölgəsi düşərdi üstünə. Özünü məndən uzaqlara qoyardı.. Qaçmaq istəyərdi, boynuma sarılmaq, addım atmağa cəsarəti çatmazdı. Geri-geri gedərdi. Boynunu bükərdi gözləri, dodağları küsərdi sözlərə, danışmazdı.. Dalardı uzaqlara.. Gecə düşərdi gözlərimin üstünə.. Ruhumda bir ağırlıq, içimdə bir boşluq, solumda bir buruq və hər gecə bu hissi yaşamaq. Bir azdan qara buludlar çökər üstümə, səhərə qədər yağmurlar yağar..
- O heç dəyişməmişdi, hələ də məni tərk etdiyi kimi idi.. Məndə bir rəsmi vardı hər baxdığımda yenidən aşiq olduğum. Sanki Tanrı onun hər telini özəl yaratmışdı.. Mənə özəl.. Boş-boş baxan gözlərimin arxasında nələr hiss etdiyimi bir mən bilirdim.. Həm üzülmək, həm də gülümsəmək. Bu duyğuları eyni anda necə yaşaya bilərdim axı.. Hər rəsminidə mənə baxırmış kimi çəkdirməsən olmaz sanki. Çünki o gözlər mənə heç baxmadı ki.. Toxunardım sənə.. azca çıxmış saqqalı yaraşıq verirdi ona.. saçlarının qoxusunu belə hiss edərdim bi yerlərdən.. Birdə altdan-altdan gülməyi vardı.. Tam da burası, gülüşünün bitdiyi yer, hər dəfəsində içimə toxunardı.. Yanaqları balaca uşaqların yanaqlarına bənzəyərdi, gülərdim.. Qərarsız qalardım gözlərinəmi baxsam, ya dodaqlarında yuxulasam? Bəlkədə gözlərinlə dodağın arasında qərarsız qalmaqdır eşq.. Əllərinə toxunmaq, körpə uşaq kimi barmaqlarından həyata tutunmaq, qollarını keçirib boynuma özümü yüksək yerdən asmaq, üşüsəm ruhunu geyinsəm əynimə, qorxsam kirpiklərinin arasında gizlənsəm, sevgi olsam nəfəs kimi ciyərinə alsan, xəyal olub baxışında itsəm, sevgi olub gözlərindən özümü intihar etsəm, çıpılsam dodağıvın kənarına, yox olsam orda..
- Rəsimlərinin hissi olsa utanıb qaçırardı baxışların.. 5 dəqiqəyə bütün bunları yaşamaq necə də qəribə idi.. Onun xəbəri belə olmadan, onu alıb qaçmaq istəyirdim. Zamanı dayandırıb uzun uzun onu izləmək istəyirdim. Birdə... birdə sənə sarılmaq. söz kəçəcək, bitəcəkdi dərdlərim..
- " Susma, danış, gülmə üzümə zəhləm getmiş.. Nəyini sevirəm sanki, pis yalnız . " Əsəb olardım, dalaşardım bu lal rəsimlərinlə saatlarca həmdə.. Barmağlarımla gözünü oyardım.. Qısqanardım hərkəsə, hərşeyə, düşünərdim həyatına girəcək qadın dünyanın ən xoşbəxt qadını olacaq deyə.. Boğazımda bir düyüm olardı o zaman udquna bilməzdim, boğulardım.. Ən sonda yenə qalib sən olarardın.. Gözlərimi bağlayıb burnundan öpərdim səni.. Axı mən sevirdim səni.. Göz yaşım nəm edərdi rəsmini...
- Günəş gözlərində çıxıb, mənim nəbzimdə batardı sənlə.. Kölgəsi düşərdi gözlərimin altına.. Sonra mən yuxuya dalardım, səndə siqaret yandırıb, tüstüsünə xəyllarımı qatardın.. Məni xəyal etmək belə xoşbəxt edərdi səni.. Mənsə bunu heç bilməyəcəkdim ....