» » Teylor Svift bu klipləri ilə ilin ən yaxşısı oldu (VİDEO)

Teylor Svift bu klipləri ilə ilin ən yaxşısı oldu (VİDEO)

Teylor Svift bu klipləri ilə ilin ən yaxşısı oldu (VİDEO)

"MTV Video Music Awards" mükafatının növbəti təqdimat mərasimi baş tutub. Ucarliyiq.biz-in məlumatına görə, amerikalı müğənni Teylor Svift ən yaxşı musiqili klipləri ilə seçilərək 3 dəfə mükafatlandırılıb.
Teylor sonuncu "1989" adlı albomundakı "Bad Blood" mahnısına repçi Kendrick Lamarla birlikdə çəkdirdiyi kliplə qələbə qazanaraq "İlin ən yaxşı videosu" nominasiyasında qalib olub.

Taylor Swift - "Bad Blood"
Teylor Svift həmçinin digər "Blank Space" mahnısının videoklipinə görə "Ən yaxşı qadın videosu" və "Ən yaxşı pop-video" nominasiyalarında mükafatlandırılıb.

Taylor Swift - "Blank Space"
Amerikalı repçi Kanye Uest MTV-nin mükafatlandırma mərasimində Maykl Cekson adına xüsusi mükafat alıb. Kanye təqdimat zamanı çıxışında bəyan edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq fikrindədir.
MTV Video mükafat ən yaxşı populyar musiqi kompazisiyalarının videoversiyalarına 15 nominasiyada verilir. Bunların içində "Ən yaxşı qrup", "Ən yaxşı debüt", "Ən yaxşı qadın ifaçı", "Ən yaxşı kişi ifaçı", "Ən yaxşı xoreoqrafiya", "Ən yaxşı montaj",, "Ən yaxşı rejissor" və "İlin ən yaxşı videosu" var.

Mənbə: Ans</span