Ana Müqəddəsdir!

 

Ana Müqəddəsdir!

 

8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
-Həyəti təmizlədim: 3 manat
-Otağımı səliqə — sahmana saldım: 2 manat
-Sənin üçün mağazaya getdim: 1.50 qəpik
-Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
-Zibil atdım: 2 manat
-Məktəbdə yaxşı qiymət aldım: 5 manat
-Cəmi borcun: 16.50 qəpik


Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
-Səni doqquz ay bətnimdə daşıdım: pulsuz
-Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: pulsuz
-Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
-Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: pulsuz
-İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: pulsuz
-Səni hamıdan çox sevib əzizlədim: pulsuz
Murad anasının yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı:
ANACAN, HAMISI ÖDƏNİLDİ!

Share

Oxşar xəbərlər

5 Rəylərin sayı:.

  1. 28 yanvar 2013 14:06
    gozel insadi  hami anasini cox isdeyir Allah butun analarin canini sag elesin
     
     
     
     

  2. 8 aprel 2011 14:49
    Ana muqeddesdir bunu hami bilir,ve kim onlarin haqqini itirse,o insan(eger insan demek olarsa)hec vaxt xeyir tapmaz.O ki qaldi ushaqa,baxirki dunya kelle-mayallaq gedir,ona gore indiden asan pul qazanmaqin yolunu axtarir.Demeli bir gunde dord defe 5 alsa 20 manat,buda aile bashcisinin bankrotu demekdir.

  3. 5 aprel 2011 13:47
    8 yawli uwagin haq-hesabi bacarmasi xowuma geldi , amma ,'' anacan , hamisi odenildi ''
    demesi uwagin cox agilli oldugunu bildirir.

  4. 3 aprel 2011 21:28
    Allah butun qizlara bu hissi yasamagi nesib etsin

  5. 2 aprel 2011 23:21
    ananin borcunu odenilmezdir.ovlad 40 ilde olsa anani elinin icinde saxlasa bele azdir.Ananin borcu hecneyle odenilmir!!!Cennet analarin ayagi altindadir.
    ANA MUQEDDESDR!!!
    fellow

    --------------------

Rəy əlavə et

*
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Şəxsi mesajlar

Sizin yazışmalar

Musiqi sifarış et!