Hamiləlik və təyyarə ilə uzaq səfər

Hamiləlik və təyyarə ilə uzaq səfər


Hamiləlik zamanı ana namizədləri adi həyatlarını yaşamağa cəhd edirlər. Uzaq səfərlərə çıxmağa, gündəlik işləri ilə məşğul olmağa çalışırlar. Lakin bəzən isti yay aylarına təsadüf edən hamiləlik uzaq səfərə çıxıb-çıxmamaq kimi suallar yaradır. Xüsusən də uzaq səfərə məhz təyyarə ilə getmək lazım olursa, gələcək analar bu haqda götür-qoy etməyə başlayırlar. Hamilələrin əksəriyyətini maraqlandıran suallardan biri də təyyarə ilə uzaq səfərə çıxmaq barədədir.

1. Hamiləlik zamanı təyyarə ilə səfər edərkən ilk problem hamilənin uçuşla bağlı qorxu keçirməsidir. Buna yüksəklik qorxusu da demək olar. Bu, bir yerdə oturub uzun müddət heç bir hərəkət etməmək və üstəlik, atmosfer təzyiqinin tez-tez dəyişdiyi bir mühitdə olmaq qorxusudur.

2. Əgər sizə nəzarət edən həkim uçuşla bağlı heç bir əks təsirin olmayacağını qeyd edirsə, o zaman özünüzü bu səyahətə mənəvi olaraq da hazırlamalısınız.

3. Dərin nəfəs alıb mənəvi cəhətdən rahatlansanız, maye qəbul etsəniz, konfet sorsanız, arada bir salonda gəzsəniz, bəlkə də o qədər çətin uçuş olmaz. Üstəlik, ürəkbulanması və ya stressdən qaçmaq üçün dərman istəyirsinizsə, o zaman səfər öncəsi müayinədə bunu həkiminizə bildirə bilərsiz.
Hamiləlikdə uçuş qorxusu

İlk və son hamiləlik rübləri olduqca həyəcanlı dövrdür. Bu müddət ərzində uzaq səfərə çıxmaq özü də bir risk tələb edir. Çünki, məhz bu zamanlarda əlavə gərginlik və stressdən uzaq olmaq, üstəlik, içilən hər bir dərmana, qəbul edilən hər bir qida dəyişkənliklərinə diqqət etmək lazımdır. Əgər hamiləlikdən əvvəl aerofobiyadan (aerouçuş qorxusu) cuzi də olsa əziyyət çəkibsə, onun üçün hamiləlik zamanı təyyarə ilə səfər etmək böyük risk daşıya bilər. Yox, əgər aerofobiyanın heç cuzi formasını da hiss etməmişdirsə, yenə də bətnindəki körpənin təhlükəsizliyini düşünərək qorxu hissi keçirə bilər. Əgər özünüzdə aerofobiya olduğunu daha əvvəldən müşahidə etmisinizsə və bu səfərdən heç cürə üz çevirə bilmirsinizsə, o zaman öz həkiminzdən sakitləşdirici dərman istəyə bilərsiniz. Çünki, məhz həkiminiz sizə həmin dərmanı hansı ölçüdə və nə zaman içməli olduğunuzu deyə bilər.

Bəzən psixoloqa müraciət etməklə bu qorxunuzu dəf edə bilərsiniz. Adətən sakitləşmək və qorxunu unutmaq üçün yerində rahat oturub, çiyinləri sərbəst şəkildə geriyə söykəyərək tavana baxmağı və aram-aram nəfəs alıb-verməyi məsləhət görürlər. Bu hərəkətləri hamilələrin qorxu hissini dəf etmək üçün doğum öncəsi kurslarda da öyrədirlər.

Təyyarə daxilindəki mühit

Daha bir təhlükə də kabin daxili diferensial təzyiqdir. Bu təzyiq erkən və ya son həftələrində olan hamilələrə çox mənfi təsir edə bilər. Hətta vaxtından əvvəl doğuma və ya açılışa səbəb ola bilər. Kabin daxili təzyiq eyni zamanda tromboflebit, hemoroid və varikoz genişlənməsindən əziyyət çəkən xanımlara daha çox təhlükə yaradır. Üstəlik, kabin daxili havanın da təsiri əhəmiyyətlidir. Çünki, oksigen yetərsizliyi olan həmin hava çox quru olur. Uzun müddətli oksigen çatışmazlığı ana və körpə üçün də təhlükəli ola bilər.
Uçuş zamanı hərəkətsizlik

Uzun müddət eyni formada oturmaq və hərəkət etməmək hamilə üçün olduqca çətindir. Boyun quruması, bel tutulması, sinə altında sıxıntı və s. diskomfort hissləri keçirə bilər. Ev şəraitində uzanaraq rahatlıq əldə etmək mümkündür. Uçuş zamanı isə bunu etmək mümkün deyil və bu zaman uzun müddət eyni formada əyləşmək qan dövranına mane olur. Təbii ki, mədə bulantısını da unutmamaq lazımdır. Adi insanlar belə uçuş zamanı bundan əziyyət çəkirlər, o ki qala hamilə qadınlar. Bu isə ona işarədir ki, uçuş zamanı hamilə özünü heç də komfortlu hiss etməyəcək.

Uçuşa necə hazırlaşmalı?

Bir çox aerokassalarda 28-34 həftəlik hamilələrdən həkimin uçuşa razılıq verdiyi qeyd edilmiş arayış tələb edirlər. Kimsə istəməz ki, ana və körpənin həyatı təhlükə altında olsun. Onun üçün uçuş öncəsi həkim müayinəsindən keçməniz və onun uçuşla bağlı razılığını almanız şərtdir.
Hamiləlik və təyyarə ilə uzaq səfər

Uçuş zamanı nələr edilməlidir?

Uçuş zamanı hər imkan düşdüyündə ayağa qalxıb bir az gəzə bilmək üçün keçid kənarında əyləşin. Özünüzlə boyun nahiyənizə qoymaq üçün ortopedik yastıq (əczaçı mağazalarından və ya pərakəndə satış mağazalarından ala bilərsiz) götürün. O, sizin boyun, qol, bel nahiyələrinizin rahatlığı üçün vacibdir. Uçuş zamanı əyninizdə rahat, eyni zamanda təbii parçadan tikilmiş rahat geyim olmalıdır. Təbii ki, bu göstəricilər ayaqqabınıza da aiddir. Hündür olmayan və təbii dəridən hazırlanmış rahat ayaqqabı geyinməlisiniz.
0
1

Müəllif

Serena

Oxunub

690

Tarix

23-07-2013, 23:17

Bölmə

Xanimlar ücün

Rəylər

0

Hörmətli oxucu əziyyətimizə hörmət olaraq rəyinizi yazın buna tənbəllik etməyin!!!

 

 
 

Rəylərinizi bildirin

Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Oxşar xəbərlər: