» » Ərdoğan: Terrorçular hər şey üçün cavab verəcəklər

Ərdoğan: Terrorçular hər şey üçün cavab verəcəklər

Ərdoğan: Terrorçular hər şey üçün cavab verəcəklər

“Xalq hər şeyi görür”.

Türkiyə terrorçuların ağıllarına gələni edə biləcəkləri ölkə deyil. Onlar cəzalanacaqlar.

ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da, prezident sarayında Zəfər günü şərəfinə təşkil edilmiş qəbulda çıxış edərkən bəyan edib.  

Türkiyə dövlətinin rəhbəri, həmçinin PKK terror təşkilatı tərəfindən təşkil edilən terror aktları mövzusuna da toxunub.

“Xalq hər şeyi görür, bunu sosial şəbəkələrdə aparılan müzakirələr də sübut edir. Bizim Silahlı qüvvələrimiz, bütün təhlükəsizlik qüvvələrimiz eyforiyaya qapılmadan, qələbəyə qədər terrorizm ilə mübarizə aparacaqlar.

Terrorçular ya tərk-silah olmalı, ya da ki, ölkədən çıxmalıdırlar. Heç kimin bizim xalqımızın nə qərbdə, nə şimalda, nə cənubda, nə də başqa bir yerdə dinc həyatına qəsd etməyə haqqı var. Türkiyə terrorçuların və cinayətkarların ağlına gələni edə biləcəkləri ölkə deyil. Onlar cəzalanacaq və hər şey üçün cavab verəcəklər”.