» » Qarabağ separatçılarının sponsoru özünü təqsirkar hesab etmir

Qarabağ separatçılarının sponsoru özünü təqsirkar hesab etmir

Qarabağ separatçılarının sponsoru özünü təqsirkar hesab etmir

“Cinayəti törətməmişəm”.

İş adamı Levon Ayrapetyan sabiq senator İqor İzmestyevin anasından 700 min dollar oğurladığını təkzib edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri Moskvanın Zamoskvoretski məhkəmə zalından məlumat verib.

“Cinayəti törətməmişəm, təqsirkar deyiləm”, - məhkum prokuror iş üzrə ittihamı oxuduqdan sonra bildirib.

Qeyd edək ki, L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb.

O, “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur.

İrimiqyaslı arbitraj prosesi nəticəsində “Başneft” dövlətə qaytarılıb.

L.Ayrapetyan isə ona qarşı irəli sürülən bu ittihamı rədd edib. Bu cinayət sübuta yetirildiyi təqdirdə, L.Ayrapetyanı 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaqın məlumatına görə, L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Son zamanlar onun Monakoda yaşadığı qeyd olunub.

Məhz bu faktlara əsasən istintaq orqanları onun barəsində həbs-qətimkan tədbirinin seçilməsinin vacibliyini vurğulamışdılar.

Ötən ilin oktyabrında isə məhkəmə onun barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.