» » Oman neft istehsalını azaldır

Oman neft istehsalını azaldır

Oman neft istehsalını azaldır

“Biz əsl sunami yaşayırıq”.

Oman sultanlığı neftin istehsalını 5 və ya 10% ixtisar etməyə hazırdır, dövlət həmçinin digər ölkələri də bu qəbildən addım atmağa çağırıb, Reyter agentliyi Omanın neft naziri Muhamməd ben Hamad ər-Rumhiyə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Ər-Rumhi qeyd edib ki, sanksiyaların ləğv edilməsindən sonra İrandan gözlənilən neft ixracatı Omanda narahatçılıq yaratmır. Onun sözlərinə görə, bu, neft bazarında təklifin bolluğu ilə əlaqədardır.

“Bazar sabit deyil, biz əsl sunami yaşayırıq”, - agentlik nazirin sözlərindən sitat gətirib.

Şənbə günü, yanvarın 16-da Beynəlxalq atom enerjisi agentliyi İranın nüvə proqramı üzrə yekun hesabatını alıb. Sənəddə İran tərəfinin İranın nüvə proqramı üzrə razılaşmaya dair bütün öhdəliklərin yerinə yetirilməsi təsdiqlənir.

Bundan sonra Aİ və ABŞ-ın nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsini elan edib.