» » “Qazprom” Gürcüstan qarşısında bütün kartlarını açdı

“Qazprom” Gürcüstan qarşısında bütün kartlarını açdı

“Qazprom” Gürcüstan qarşısında bütün kartlarını açdı

“Azərbaycan yanacağa olan belə yüksək tələbatı ödəyə bilməz”.

Tbilisinin “Qazprom” ilə qapalı danışıqlarının təfərrüatlarından xəbərdar olan Gürcüstanın Yanacaq və energetika nazirliyinin sabiq rəhbəri David Mirtsxulava 2016-cı il üçün yeni müqavilənin imzalanması ərəfəsində Gürcüstan qarşısında mövcud olan təhlükələrdən danışıb.

ucarliyiq.biz “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, Mirtsxulava bəyan edib ki, Gürcüstanda qaza olan tələbat günbəgün, xüsusilə də qışda artır.  

Bununla yanaşı ölkənin strateji tərəfdarı olan Azərbaycan yanacağa olan belə yüksək tələbatı ödəyə bilmir, belə ki, özünün böyük həcmdə qaza ehtiyacı var. Bununla yanaşı, Türkiyə də qaz tədarükünün artırılması üçün müraciət edib.

Sabiq nazir qeyd edib ki, Gürcüstanın tərəfdaşı müqavilə öhdəliklərini yerinə yetirmək üçün özü “Qazprom”dan 2,5 milyard kubmetr qaz alıb.

Gürcüstan ilə Rusiya şirkəti arasında danışıqlara gəldikdə isə Mirtsxulava bəyan edib ki, indi “Qazprom” Ermənistana tranzitə görə qazın pul ilə əvəzlənməsinə dair sərt şərtlər irəli süüb.

Bununla yanaşı o, qeyd edib ki, ödəmə üçün konkret məbləği səsləndirmək hələ tezdir, belə ki, danışıqlar hələ başa çatmayıb.

Həmçinin Gürcüstan “Qazprom”un hansısa şərtlərilə razılaşmasa müəyyən ehtiyat variantlarının olması da məlum olub.

Bu halda Rusiya şirkəti Azərbaycandan 10 milyard kubmetr yanacağı İrana tədarük edəcək ki, Tehran onu Ermənistana tədarük etsin. Bu sxem üzrə gürcü marşrutu tamamən istisna edilir, bu isə ölkəyə böyük ziyanın dəyməsinə gətirib çıxaracaq.  

Mirtsxulava vurğulayıb ki, Gürcüstan bu məsələdə “uçurumun kənarı ilə getməli olacaq”.