» » Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

Ermənistanda daha iki nəfər “donuz qripi”ndən öldü

7 nəfər ağır vəziyyətdədir.

Yanvar ayının 17-də Ermənistanda daha iki H1N1 virusundan (“donuz qripi”) ölüm hadisəsi qeydə alınıb.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə nazirliyinin məlumatına görə, onlar yanvar ayının 9-da ağciyərin ikitərəfli sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yatırılıblar.

Hər iki pasient süni nəfəsalma aparatına qoşulub.

Bu gün üçün daha 7 nəfər ağciyər sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanadadırlar.

Həkimlər onların həyatı üçün mübarizəni davam etdirir.

Beləliklə, Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı bu gün üçün 16 nəfərdir.