» » "Keçmiş ərimin xanımı ilə tez-tez görüşürük"

"Keçmiş ərimin xanımı ilə tez-tez görüşürük"

"Keçmiş ərimin xanımı ilə tez-tez görüşürük"
"Keçmiş ərimin xanımı ilə tez-tez görüşürük" Acun İlıcalının dəvəti ilə TV8-ə transfer olan müğənni-aparıcı Songül Karlı müsahibə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, işləməyə başladığı kanalın yarışma proqramları haqda fikirlərini bildirən Songül hazırda müğənni Seda Sayanla evlilik verilişi aparan keçmiş tərəf müqabili Uğur Arslana atmaca atıb:

“Mən heç kimin çörəyini əlindən almadım. Burada təkbaşıma aparıcılıq edəcəyəm. Buna gücüm var. Siz əgər kiminsə sayəsində hansısa kanala transfer olursunuzsa, onda tərəf müqabilinə ehtiyacınız var. Mənim isə yoxdur”.

S.Karlı ikinci dəfə evlənən keçmiş ərindən də danışıb:

“Nur adlı bir xanımla evləndi. Bir gün Nur qapıma gəldi, tanış olduq. Keçmiş ərim sadəcə uşağımın atasıdır, ona qarşı heç nə hiss etmirəm. Keçmiş ərimin həyat yoldaşı ilə tez-tez görüşürük”.