» » İranın 500 milyard dollara ehtiyacı var

İranın 500 milyard dollara ehtiyacı var

İranın 500 milyard dollara ehtiyacı var

Kerri proqnoz verib.

Beynəlxalq sanksiyalar ləğv edildikdən sonra İran 55 milyard məbləğində olan daha öncə dondurulmuş vəsaitinə çıxış əldə edəcək, ölkənin neft infrastrukturunu bərpa etmək üçün ehtiyacı olan vəsait isə qat-qat artıqdır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkətinə verdiyi müsahibəsində ABŞ dövlət katibi Con Kerri bildirib.

“Mən reportajlarda 100-150 milyard dollar deyildiyini eşitmişəm. Bu, belə deyil. Söhbət 55 milyard dollara yaxın müəyyən müddət ərzində çıxışın əldə edilməsindən gedir”– o, deyib.

Eyni zamanda onun dəyərləndirmələrinə görə, İrana neft hasilatı infrastrukturunu bərpa etmək üçün 500 milyard dollar lazımdır.

Suriya münaqişəsinin tənzimlənməsinin perspektivlərindən danışarkən, ABŞ dövlət katibi qeyd edib ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin kəskinləşməsi Suriya üzrə danışıqlara təsir etməyəcək.

“İranlılar danışıqlar masası arxasına oturmağa razılaşdılar. Onlar bu danışıqlar masası arxasında Səudiyyə Ərəbistanı və digər ölkələr ilə oturacaqlar, halbuki bunu bir neçə ay ərzində təsəvvür etmək mümkün deyildi.

Səudiyyəlilər də, iranlılar da onların arasında olan fikir ayrılığının Suriya probleminin həllinə cəhdlərə təsir etməyəcəyi ilə razılaşıblar”- o, davam edib.

ABŞ dövlət katibi bildirib ki, Suriyada vəziyyətin tənzimlənməsi üçün İran artıq plan irəli sürüb.

“Bu plan atəşkəsi, yeni konstitusiyanın hazırlanması üzrə danışıqları, vahid milli hökumətin yaradılmasını və seçkilərin keçirilməsini nəzərdə tuturdu.

Bu təkliflər Cenevrədə danışıqlarda iştirak edənlərin nail olmağa çalışdıqlarına yaxındır. Bütün bunları diqqətlə nəzərdən keçirmək lazımdır”- o, qeyd edib.