» » Mayk Tayson Krıma hazırlaşır

Mayk Tayson Krıma hazırlaşır

Mayk Tayson Krıma hazırlaşır

“Biz onu Rusiyada gözləyirik”.

Superağır çəki kateqoriyasında boks üzrə dünya çempionu, amerikalı Mayk Tayson noyabrda Krıma səfər edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a promouter Vladimir Xryunov bildirib.

“Payızda o, Krıma gələcək. Biz onu noyabrın 28-də Rusiyada gözləyirik”, - Xryunov deyib.

Noyabrın 28-də Rusiyada daha bir məşhur boksçu – Roy Cons-kiçiyin döyüşü planlaşdırılıb. Boksçu bu yaxınlarda Rusiya vətəndaşlığını ala bilər.

Tayson karyerasına 2005-ci ildə son qoyub. Onun siyahısında 50 qələbə (44-ü nokautla), altı məğlubiyyət var.