» » Yaponiyada dünyanın ən ahıl adamı vəfat etdi

Yaponiyada dünyanın ən ahıl adamı vəfat etdi

Yaponiyada dünyanın ən ahıl adamı vəfat etdi

Onun 112 yaşı var idi.

Yaponiyada dünyanın ən ahıl kişisi ölüb, bu barədə Kyodo agentliyi məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, Yasutaro Koide Naqoya şəhərinin xəstəxanasında yanvar ayının 19-da ölüb. Onun 112 yaşı var idi.

Koide 1903-cü ilin mart ayının 13-də Fukui əyalətində doğulmuşdu, keçən ilin iyul ayının 7-də 112 yaşında dünyanın ən yaşlı kişisi onun həmvətəni Sakari Momoi öldükdən sonra, o, dünyanın ən yaşlı kişisi hesab edilirdi.

Dünyanın ən yaşlı qadını 2015-ci ilin sentyabr ayının 28-də 115 yaşında ölüb. Onun ailə üzvlərinin xahişi ilə qadının adı açıqlanmadan sadəcə Tokioda 1900-cü ilin mart ayının 15-də dünyaya gəldiyi bildirilmişdi.