» » Statoil qənaətə başlayır

Statoil qənaətə başlayır

Statoil qənaətə başlayır

Statoil şirkəti Alyaskada neft yataqlarını tərk etdi.

Norveçin iri neft-qaz şirkəti Statoil ASA Şimal dənizi akvatoriyasında yerləşən neft yatağının işlənməsinə sərf edilən xərcləri azaldıb.

Xərclərin 10% azalması neftin qiymətinin ucuzlaşması fonunda baş verib, Bloomberg məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, investisiyaların ümumi həcmi 160 milyard krondan (18 milyard dollar) 190 milyard krona qədərdir, əvvəl isə bu göstərici 170 milyarddan 220 milyard krona qədər idi, bunu Det Norske Oljeselskap ASA-nın tərəfdaşı bəyan edib.

Yatağın neft ehtiyatı 1,7 milyarddan 3 milyard barelə qədərdir. Neftin hasilatına 2019-cu ildə başlamaq planlaşdırılır.

İşlənmələr bir neçə mərhələdə aparılacaq və ümumi xərclər nəticədə 108,5 milyard krondan ibarət olacaq, daha əvvəl bu göstərici 123 milyard kron idi, Det Norske əlavə edib.

Bununla yanaşı, birinci fazada ödəmələr kronla aparılacaq, Statoil-in hesabatlarında bildirilib.

Daha öncə Statoil şirkətinin Alyaskada neft yataqlarını tərk etdiyi barədə məlumat yayılmışdı.