» » Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

BMT, ABŞ və Aİ Tehrana qarşı məhdudiyyətlərini aradan qaldırıblar.

Kanada hökuməti İrana qarşı sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirir. Bu barədə bazar ertəsi CBC telekanalı məlumat yayıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, məlumata görə, bu, 2016-cı ilin yayından tez baş verməyəcək.

İran İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsi yanvar ayının 16-da Tehran və altı dövlət arasında (BMT TŞ-nin daimi beş üzvü və Almaniya) bağlanmış Müştərək ümumi fəaliyyət planının - İran nüvə proqramına dair razılaşmanın həyata keçirilməsindən sonra mümkün olub.

BMT, ABŞ və Aİ yanvar ayının 16-da İranın nüvə proqramı ilə əlaqədar İrana qarşı tətbiq edilmiş iqtisadi və maliyyə məhdudiyyətlərini aradan qaldırıblar.

Sanksiyaların ləğvi Beynəlxalq atom energetika agentliyinin Tehranın ümumi fəaliyyət planında nəzərdə tutulmuş bütün öhdəlikləri yerinə yetirməsini təsdiq etdikdən sonra mümkün olub.

İran raket proqramının inkişafı, insan haqlarının pozulması, eləcə də regionda vəziyyətin sabitliyinin pozulmasına dair sanksiyalar qüvvədədir.