» » Moskva aeroportlarında 100-dən çox reys ləğv edildi

Moskva aeroportlarında 100-dən çox reys ləğv edildi

Moskva aeroportlarında 100-dən çox reys ləğv edildi

Güclü qar yağacağı gözlənilir.

Paytaxt aeroportları güclü qar yağdığına görə reysləri ləğv edirlər, ucarliyiq.biz xəbər verir.

Şeremetyevo aeroportundakı onlayn-tabloya görə, saat 11.40-a (Bakı vaxtı ilə) qədər 130 reys ləğv edilib, 17 reys isə təxirə salınıb.

Domodedovo aeroportundan uçan reyslərdən 6 reys ləğv edilib, 12 reys təxirə salınıb. Gələn reyslərdən isə 3 reys ləğv edilib, 13 reys təxirə salınıb.

Vnukovoda onlayn-tabloya görə, bura uçacaq reyslərdən hava şəraitinə görə 2 reys təxirə salınıb, 1 reys isə ləğv edilib.

Amma Rusiya aviasiyasında tufanın Moskva aeroportlarının işinə güclü təsir etmədiyini bildiriblər.  

Daha öncə Moskvada güclü qar yağacağı barədə məlumat yayılmışdı. Yanvar ayının 20-də Moskvada qar yağmağa davam edəcək.