» » Yunker: Şengen sağ qalma problemi ilə üzləşib

Yunker: Şengen sağ qalma problemi ilə üzləşib

Yunker: Şengen sağ qalma problemi ilə üzləşib

“Vahid valyuta nəyə lazımdır?”.

Şengen zonasının yox olması Avropa İttifaqının mövcud olmasını risk altına atır, Avropa Komissiyasının sədri Jan-Klod Yunker belə hesab edir, ucarliyiq.biz xəbər verir.

“Bu gün sərhədlərdə nəzarət tətbiq edirlər, sabah bunun iqtisadi dəyərinin əhəmiyyətli olduğunu hesab edəcəklər, birisi gün isə sərbəst hərəkət və daxili bazar olmadığından vahid valyutanın nəyə lazım olduğunu soruşacaqlar”, - Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentinin bu gün Strasburqda keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Şengen zonası üzərində çox böyük təhlükə var. Hətta bunu həyatda qalmaq uğrunda mübarizə kimi də dəyərləndirmək olar.