» » Aleksandr Karavayev: Bakı İran üçün vasitəçi ola bilər - MÜSAHİBƏ

Aleksandr Karavayev: Bakı İran üçün vasitəçi ola bilər - MÜSAHİBƏ

Aleksandr Karavayev: Bakı İran üçün vasitəçi ola bilər - MÜSAHİBƏ

“Erməni qoşunlarının çıxarılmasından sonra İran təhlükəsizliyin təminatında böyük rol oynaya bilər”.

Suallara Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev cavab verir.

- İranın sanksiyalar əsirliyindən mərhələli şəkildə azad olması qonşu Cənubi Qafqaz regionunda öz əksini necə tapa bilər?

- Hər şeydən öncə bu, İranın Cənubi Qafqaz ölkələri ilə iqtisadi-ticari əlaqələrinin irimiqyaslı fəallaşmasında təzahür edəcək. Bu əlaqələr sanksiyalar dövründə də mövcud idi, amma ciddi bank məhdudiyyətlərinin götürülməsi, məsələn, dollar əməliyyatlarının aparılması və viza kimi müxtəlif ödəmə sistemlərindən istifadə gözəçarpacaq nəticələrə gətirib çıxaracaq.

Əsasən, 200 milyon dolların “don”unun açılması fəal şəkildə müzakirə edilir, əsasən bu, Melli İran bankının vəsaitidir, bu vəsait 2011-ci ildə son beynəlxalq sanksiyalar dalğasında Azərbaycan Mərkəzi Bankı tərəfindən blok edilib, o zaman bank əməliyyatlarına qadağa güclənmişdi və Avropa İttifaqı İran neftini almaqdan imtina etmişdi. Deyəsən bu səhifəni indi bağlayıblar.

Bundan başqa, 10 il bundan öncəki nəqliyyat infrastrukturu, elektro-enerji kommunikasiya ilə əlaqədar layihələrin fəallaşmasını gözləmək lazımdır. Bu mənada Azərbaycanın iqtisadiyyat və sənaye naziri başda olmaqla bir neçə nazirliyin nümayəndələrindən ibarət heyətin Tehrana səfərini qeyd etmək istərdim, bu artıq belə fəallığa misaldır. İranın işçi qrupu Cənubi Qafqazın digər ölkələri üzrə də fəallığını bərpa edib, bu isə sözsüz ki, İrana regional bazarda iştirakını bərpa etmək imkanı verəcək.

Məsələn, Ermənistana gündə 10 milyon kubmetrə qədər artırılaraq verilən qazın həcmini 5 dəfə artırmaq planlaşdırılır, yeri gəlmişkən müqayisə üçün bildirim ki, bu, Naxçıvana verilən qazdan on dəfə artıqdır. Ermənistan prinsipcə, başqa bir regional alternativi olmadığı üçün İranla əlaqəsini fəal şəkildə inkişaf etdirirdi. Ermənistanın Cənubi Qafqaz üçlüyü arasında ən iri mal dövriyyəsi indi İranladır, bu, təxminən 500 milyon dollardır.

Gürcüstan da öz layihələrini fəallaşdırmaq niyyətindədir. Hələ sanksiyalar dövründə Tbilisi və Tehran arasında birbaşa aviareyslər bərpa edilib, 2010-cu ildə isə vətəndaşların 45 gün müddətinə səfərləri üçün vizanın ləğv edilməsi barədə razılaşma imzalanıb.

İranın bütün Qafqaz qonşularının ciddi problemi mal dövriyyəsinin mənfi saldosudur, bu, idxalın ixracdan üstün olmasıdır. İrandan Cənubi Qafqaza həm ərzaq, həm də sənaye idxalı üstündür. Aydındır ki, iqtisadiyyatlar eyni deyil, Ermənistan və Gürcüstan üçün bu vəziyyəti düzəltmək perspektivdə mümkün deyil. Azərbaycan isə cəhd edə bilər. Birincisi SOCAR-ın fars yataqlarında neft-qaz investisiyaları mümkündür. Gəmiqayırmada və təmirində böyük imkanlar mövcuddur. İkincisi Bakı İran üçün bir sıra qərb texnologiyalarında vasitəçi ola bilər, məsələn, region üçün uyğunlaşmış alternativ energetika texnologiyalarını təklif edə bilər.

- Sizin fikrinizcə, İran regionumuza daha güclü mövqe ilə və sanksiyalara qədər olduğu səviyyə çərçivəsində qayıdır?

- Baxır sanksiyaların hansı dövrü dayaq nöqtəsi kimi götürülür. Mənə elə gəlir ki, İran üçün 2003-cü ildə olan imkanları geri qaytarmaq çətin olacaq.