» » İran I rüb üçün neft tədarükünü günə 300 min barel artıracaq

İran I rüb üçün neft tədarükünü günə 300 min barel artıracaq

İran I rüb üçün neft tədarükünü günə 300 min barel artıracaq

Beynəlxalq Energetika Agentliyinin proqnozu.

İran 2016-cı ilin birinci rübü üçün dünya bazarına neft tədarükünü təxminən günə 300 min barelə qədər artıra bilər.

ucarliyiq.biz xəbər verir ki, Beynəlxalq Energetika Agentliyi (BEA) belə hesab edir.

“Bizim dəyərləndirmələrimizə görə, 2016-cı ilin birinci rübünün sonu üçün dünya neft bazarına günə əlavə olaraq 300 min barel neft tədarük edilə bilər”, - BEA ekspertləri bildiriblər.

Eyni zamanda onlar hesab edirlər ki, İranın bazara qısamüddətli perspektivdə təqdim edə biləcəyi neftin həcmi və keyfiyyətinə dair də qeyri-müəyyənlik mövcuddur.

Bununla yanaşı təklifin bol olduğu bazarda nefti almağa hazır olan alıcılar tapmaq da vacibdir.