» » MDB ölkələri terrora qarşı

MDB ölkələri terrora qarşı

MDB ölkələri terrora qarşı

Lebedev bəyanat verib.

MDB ölkələri terror təhlükələrinə qarşı səylərini aktivləşdirirlər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə MDB İcra komitəsinin sədri Sergey Lebedev bildirib.

“Birinci yerdə terror təhlükələrinə qarşı durmaq üçün müştərək səylərə dair məsələ durur. Beynəlxalq terrorizm təhlükəsi təəssüf ki, qarşımızdadır və onun təzahürü göz önündədir”, - o, deyib.

Lebedevin sözlərinə görə, hər gün Yaxın Şərq, elə Avropa ölkələrində də terror aktları həyata keçirilir, bu aktlar insan həyatları aparır.

“Əminəm ki, bu, MDB ölkələrində terrora qarşı müştərək tədbirlərin gücləndirilməsi barədə konkret bəyanatlarla təsdiqlənir”, - o, əlavə edib.  

Lebedev qeyd edib ki, MDB çərçivəsində cari ildə MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin, güc strukturlarının rəhbərlərinin bir sıra görüşü planlaşdırılıb.

Artıq çərşənbə günü İcra komitəsinin ekspertləri 2017-2019-cu illər üçün terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizədə Birliyin dövlətlərinin əməkdaşlıq proqramının layihələrinin müzakirəsinə başlayacaqlar.

MDB İcra komitəsinin sədri qeyd edib ki, proqramın qəbul edilməsinin vacibliyi Birliyin ölkələrinin terrorizm ilə mübarizə çərçivəsində dəyişikliklərə adekvat reaksiya vermək ilə şərtləndirilib.