» » Rusiyada körpələrin kütləvi ölümü

Rusiyada körpələrin kütləvi ölümü

Rusiyada körpələrin kütləvi ölümü

Cinayət işi qaldırılıb.

Orlovda perinetal mərkəzdə səkkiz körpənin ölüm faktı ilə bağlı cinayət işi qaldırılıb.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin Orlov vilayəti üzrə İdarənin saytında məlumat yayılıb.

İdarənin məlumatına görə, iki həftə ərzində 8 doğum halının 7-də vaxtından əvvəl doğuş olub.

Körpələr müxtəlif növlü patologiya və anomaliya ilə dünyaya gəlib. Ölüm halları 2016-cı ilin yanvar ayının 3-dən 18-nə qədər olan dövr ərzində qeydə alınıb.

İstintaq Komitəsindən vurğulayıblar ki, bu qısa zaman ərzində eyni tibb müəssisəsində yeni doğulan körpələrin ölümü qeydə alınıb, bu səbəbdən də idarədə cinayət işi qaldırılıb.

İstintaq hər körpə ölümünü araşdıracaq, habelə perinetal mərkəzdə işin təşkili qaydalarını yoxlayacaq.

Sosial sığorta fondunun məlumatına görə, Orlov perinetal mərkəzi Orlov vilayətində ən iri doğum evidir. 2015-ci ildə bu mərkəzdə 2828 körpə dünyaya gəlib.