» » Ukrayna Rusiya qazının tranzit qiymətini artırdı

Ukrayna Rusiya qazının tranzit qiymətini artırdı

Ukrayna Rusiya qazının tranzit qiymətini artırdı

“Qazı Avropadan alırıq”.

Ukrayna Rusiya qazının ölkə ərazisindən tranziti üçün tarifi hər 100 kilometrə görə 4,5 dollara qədər qaldırıb.

ucarliyiq.biz “UNN”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna energetika və kömür sənayesi naziri Vladimir Demçişin məlumat verib.

“Bundan əvvəl tranzit tarifi var idi, indi isə qaz nəqli sisteminin daşınması üçün tarif olacaq. Bu tarif yenidən hesablanacaq. Təxminən hər 100 kilometrə görə 4,5 dollar təşkil edəcək. Əvvəlki tarifdən 50% çoxdur”, - o deyib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın Avropada son qaz alışı hər min kubmetrə görə 190 dollara başa gəlib.

“Qazı Avropadan alırıq. Son əməliyyatlar 190 dollardan aparılıb. Bu da "Qazprom"un təklif etdiyi qiymətlərdən xeyli aşağıdır”.