» » Şimali Koreyada sərxoşluq gətirməyən spirtli içki icad ediblər

Şimali Koreyada sərxoşluq gətirməyən spirtli içki icad ediblər

Şimali Koreyada sərxoşluq gətirməyən spirtli içki icad ediblər

İçki “Həyat eliksiri” adını alıb.

Şimali Koreyada sərxoşluq gətirməyən spirtli içki icad ediblər, The Pyongyang Times məlumat yayıb.

ucarliyiq.biz “m24.ru”ya istinadən xəbər verir ki, yeni spirtli içki jenşen və içkinin tərkibində şəkəri əvəz edən düyüdən hazırlanıb.

Yeni içki “Həyat eliksiri” adını alıb.

Qeyd edilir ki, içkidə şəkər onun acılığını öldürmək üçün istifadə edilir, amma sərxoşluğu aradan qaldırmır. Şimali Koreya alimləri acılığı bişmiş düyü vasitəsilə aradan qaldırırlar. Düyünün bişməsi və qızardılması nəticəsində nişastanın dadı ilə qlükozanın şirinliyi birləşir.

Yeni spirtli içkidə spirt faizi 30 və 40 dərəcədir.

“Həyat eliksiri” artıq Şimali Koreya xalq demokratik respublikasında milli və elmi nailiyyət kimi qeydiyyatdan keçirilib.