» » Davosda Dünya İqtisadi Forumu başladı

Davosda Dünya İqtisadi Forumu başladı

Davosda Dünya İqtisadi Forumu başladı

“Bu sadəcə konfrans deyil, bu, çox dəyərli bir təcrübədir”.

Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab “Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi” mövzusunda Davosda 46-cı Dünya İqtisadi Forumunu  rəsmən açıq elan edib, ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir.

“Davos sadəcə konfrans deyil, bu, çox dəyərli bir təcrübədir”, - deyə Klaus Şvab bildirib.
 
Forum 20-23 yanvar tarixlərində keçiriləcək. 
 
Toplantıya 40-dan çox dövlət və hökumət başçıları, habelə biznes və ictimai sektordan olan 2500 lider qatılacaq.
 
Dünyadakı mövcud çağırışlar, təhlükəsizlik, iqlim dəyişikliyi, qlobal inkişaf və əmtəə qiymətlərinin yeni normaları gündəlikdə olan mövzular arasında olacaq.