» » Gürcüstanın baş naziri İlham Əliyev ilə görüş planlaşdırır

Gürcüstanın baş naziri İlham Əliyev ilə görüş planlaşdırır

Gürcüstanın baş naziri İlham Əliyev ilə görüş planlaşdırır

O, Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Davosda Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, yanvar ayının 20-də Georgi Kvirikaşvili forumun 46-cı sessiyasında iştirak etmək üçün İsveçrəyə yola düşəcək.

Səfər çərçivəsində Georgi Kvirikaşvili bir sıra ölkələrin birinci dərəcəli simaları, o cümlədən də İsveçrə konfederasiyasının və Azərbaycan prezidentləri, Qazaxıstan və Niderlandın baş nazirləri ilə üz-üzə görüşlər keçirməyi planlaşdırır.

Eləcə də ABŞ-ın dövlət katibinin köməkçisi Viktoriya Nuland ilə görüş planlaşdırılıb.