» » Pakistanda universitetə silahlı hücum – YENİLƏNİB

Pakistanda universitetə silahlı hücum – YENİLƏNİB

Pakistanda universitetə silahlı hücum – YENİLƏNİB

Ölənlərin sayı 20-dən çoxdur.

Pakistanın şimali-qərbində Hayber-Paxtunxva vilayətinin Çarsadda şəhərində universitetə hücum zamanı ölənlərin sayı 20-dən artıqdır, daha 30 nəfər yaralanıb. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hadisə yerində olan “Pakistan Tehrik-i-insaf” partiyasından olan parlament deputatı Şoukat Yusufzai bildirib. 

“Ölənlərin sayı 20 nəfəri keçib və biz bu sayın daha da artacağından qorxuruq”, - o, qeyd edib. 

Daha öncə təhlükəsizlik qüvvələrinin hücum edən dörd nəfəri məhv etmələri barədə məlumat yayılmışdı.

Bu barədə Twitter-də öz rəsmi bloqunda Pakistanın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Asim Bacva yazmışdı. “ARY News” kanalının məlumatına görə, universitetin ərazisində müxtəlif gücə malik 10-a yaxın partlayış olub. 

11:37

Tibb işçiləri Çarsadda şəhərində silahlı şəxslərin universitetə hücumu nəticəsində 15 nəfərin öldüyünü bildirirlər. Eləcə də polisin məlumatına görə, 50 nəfər yaralanıb, Dawn məlumat yayıb. 

ucarliyiq.biz xəbər verir ki, onların sözlərinə görə, ölənlərin cəsədləri universitetin binasında aşkar edilib. 

Pakistanın hüquq-mühafizə orqanı əməkdaşları dörd nəfərin məhv edilməsi barədə məlumat yayıb, “Times of India” məlumat yayıb. 

Universitetin binasında hələ də silahlı adamların ola bilməsi barədə məlumat yayılıb. 

Həmçinin Pakistanda universitetə hücuma görə, “Tehrik-Taliban Pakistan” terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü barədə də məlumat yayılıb. 

10:46

Dörd silahlı nəfərdən ibarət qrup çərşənbə günü səhər saatlarında Pakistanın şimali-qərbində Hayber-Paxtunxva vilayətinin Çarsadda şəhərində yerləşən universitetin ərazisinə soxularaq atəş açıblar.

Nəticədə bir nəfər ölüb, daha altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar, Daily Pakistan nəşri məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, nəşrin məlumatına görə, tələbələr universitet kampları və tələbə yataqxanalarından təxliyyə ediliblər.

Hadisə yerinə hərbçilər və xilasedicilər gəlib.

Hadisə yerində olan şahidlər, ən azı beş nəfərin güllə yarası aldığını və xəstəxanaya çatdırıldıqlarını bildiriblər.

Hücum edənlərdən ikisinin məhv edilməsinə dair məlumat yayılıb. Şahidlər həmçinin iki güclü partlayışın olduğunu da bildiriblər.

Hücum zamanı universitetin ərazisində 3 minə yaxın tələbə olub. Universitetin rektoru tələbələrdən və müəllimlərdən xəsarət alan olmadığını bildirib.