» » İrandan neftin qiymətinə şok endirim

İrandan neftin qiymətinə şok endirim

İrandan neftin qiymətinə şok endirim

İslam Respublikası bazarlardakı qiymətləri “öldürür”.

Avropa bazarında Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq üçün İran qitə istehlakçılarına satılan neftin qiymətini ucuzlaşdırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik “İran Milli Neft Şirkətinin” məlumatlarına istinad edir.

Burada qeyd olunur ki, İran Heavy markal neftə (OPEK-in səbətinə daxildir, qiyməti 23,85 dollar təşkil edir)endirim 6,55 dollar olacaq.

Səudiyyə Ərəbistanı isə öz neftini Avropada bir barel üçün 4,85 dollar endirimlə satır.

Qeyd edək ki, yanvarın 18-də İran hökuməti neft hasilatının sutkada 500 min barel artırılması barədə qərar qəbul edib.